11 iyul 2024-cü il tarixində Bakı Fond Birjasında "FINCA Azerbaijan" QBKT MMC-nin istiqrazlarının ticarətə başlaması münasibətilə “Açılış Zəngi” mərasimi keçirilib.
BFB-dən Fins.az-a verilən məlumata görə, ümumi dəyəri 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları həcmində olan yerləşdirmənin anderrayteri Bakı Fond Birjasının üzvü olan “Unicapital İ.Ş.” ASC-dir.
Tədbir zamanı emitent tərəfindən "FINCA Azerbaijan", Bakı Fond Birjası və BFB-nin üzvü olan Unicapital İnvestisiya Şirkətinin nümayəndələri iştirak edib. Bakı Fond Birjasının Baş kommersiya inzibatçısı Oqtay Qasımov tədbiri açıq elan edərək, "FINCA Azerbaijan" şirkətinin BFB vasitəsilə həyata keçirdiyi istiqraz buraxılışının maliyyə sektorunun inkişafına töhfə verməklə yanaşı, vətəndaşlar üçün yeni investisiya imkanlarının formalaşmasındakı əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb və Bakı Fond Birjasının ticarət platformasında ticarətinə başlanılıb.
Fuad Mədətov
Fins.az