BİRJA

09 İyul

Vol-Strit fyuçerslərinin qiyməti yüksəlir

ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq çıxışları ərəfəsində Vol-Stritin fond indekslərinin dəyəri yüksəlir.

Fins.az xəbər verir ki, “Dow Jones” sənaye indeksi (DJIA) üzrə fyuçerslərin dəyəri 0.08% artaraq 39680 bənd, “NASDAQ” yüksək texnologiya indeksi üzrə 0.37% artaraq 20737 bənd, geniş bazar indeksi “SP 500” üzrə isə 0.22% artaraq 5637.5 bənd təşkil edib.

FED sədri çərşənbə axşamı günü Konqresin Bank Komitəsi qarşısında, çərşənbə günü isə Maliyyə Xidmətləri Komitəsi qarşısında çıxış edəcək. Pavelin verdiyi açıqlamalarda investorlar tənzimləyici qurumun monetar siyasətinə dair gələcək planları, xüsusən də uçot dərəcəsinin azaldılması vaxtı ilə bağlı daha çox ipucu almaq niyyətindədirlər.