24 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin buraxılış həcmi 150,000 (yüz əlli min) manat dəyərində olan yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Fins.az xəbər verir ki, istiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“GL” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2022020286 |
|
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
|
Ticarət üsulu |
Birqiymətli hərrac |
|
İstiqrazın sayı |
150 (ədəd) |
|
İlkin ticarət qiyməti |
1,000 manat |
|
Buraxılış həcmi |
150,000 manat |
|
Hərrac qiyməti |
1,000 manat |
|
İllik gəlirlilik faizi |
12% |
|
Reallaşdırılmış həcm |
150,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
150,000 manat |
|
İnvestor sayı |
7 |
|
Sifariş sayı |
7 |
|
Ödəmə Periodu |
Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə) |
|
Tədavül müddəti |
5 il |
|
İstiqrazların ödəmə tarixi |
24.06.2029 |
|
Anderrayter |
“İNVEST-AZ İnvestisiya şirkəti” QSC |
Fuad Mədətov
Fins.az
