BİRJA

13 İyun

BFB-də qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi AÇIQLANIB - YANVAR-MAY/2024

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,686,648,891 manat təşkil edib.

Fins.az xəbər verir ki, nəticə olaraq, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 42%, dövlət qiymətli kağızların ticarət həcmində isə 31% böyümə qeydə alınıb, repo əməliyyatları üzrə 221% artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 123% artım qeydə alınıb.

2024-cü ilin may ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5,768,811,684 manat təşkil edib.

BFB-nin ticarət dövriyyəsinin cədvəli

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı
** Tircarət günlərinin sayı – 96 gün

Fuad Mədətov
Fins.az