BİRJA

12 İyun

Neftin qiyməti yüksəlir

Beynəlxalq birjalarda neftin qiyməti ABŞ-da neft ehtiyatları ilə bağlı məlumatların açıqlanmasından sonra yüksəlir. .

Fins.az xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0.43% artaraq bir barrel üçün 82.27$-a, “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0.56% artaraq bir barrel üçün 78.34$-a çatır.

Bugün gecə saatlarında Amerikanın Neft İnstitutu (API) ölkədə kommersiya məqsədli neft ehtiyatları haqqında məlumatları dərc etdi. İyunun 7-də bitən həftədə ehtiyatlar, proqnozların üzərində, 2.428 milyon barrel azalıb. Qeyd etmək lazımdır ki, bugün axşam ABŞ-ın Enerji İnformasiya İdarəsi (EIA) neft və neft məhsulları ehtiyatlarına dair rəsmi məlumatı dərc edəcək. 

Eləcə də, bugün ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi ölkədəki kommersiya məqsədli neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) haqqında məlumatları açıqlayacaq. İyunun 7-də bitən həftədə ölkənin kommersiya neft ehtiyatlarının 1.8 milyon barrel azalaraq 454.1 milyon barrelə enəcəyi proqnozlaşdırılır.