29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilmişdir.
Fins.az xəbər verir ki, qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 7 iyun 2024-cü il tarixindən başlayıb 3 (üç) iş günü davam edəcəkdir.
Qeyd edək ki, mövcud səhmdar öz payına mütənasib qaydada səhmləri almaqda üstünlük hüququna malikdir.
Kütləvi təklif olunan səhmlərin yerləşdirilməsi aşağıdakı ardıcıllıqla həyata keçiriləcəkdir:
• İlk 2 iş günü ərzində üstünlük hüququna malik olan səhmdarlar arasında səhmlərin yerləşdirilməsi;
• Digər investorlara səhmlərin yerləşdirilməsi.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“Express Lombard” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001025894 |
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
Səhmlərin sayı |
5,000 (ədəd) |
İlkin ticarət qiyməti |
200 manat |
Buraxılış həcmi |
1,000,000 manat |
Anderrayter |
“Capital Partners İ.Ş” QSC |
Ticarətə buraxılma tarixi |
07.06.2024 |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |