Bazar ertəsi “Advanced Micro Devices” özünün ən son süni intellekt prosessorlarını təqdim etdi və hazırda bazar payının təxminən 80%-nə sahib olan sektor lideri “Nvidia”-ya meydan oxumaq niyyəti ilə növbəti iki il ərzində süni intellekt çiplərini inkişaf etdirmək planını ətraflı izah etdi.
Fins.az xəbər verir ki, Taypeydə keçirilən “Computex” texnologiya sərgisində “AMD”-nin baş direktoru Lisa Su 2024-cü ilin dördüncü rübündə satışa çıxarılması gözlənilən “MI325X” sürətləndiricini təqdim etdi.
“AMD” həmçinin 2025-ci ildə çıxması gözlənilən və yarımkeçiricilərin yeni arxitekturasına əsaslanacaq “MI350” adlı yeni çip seriyasını təqdim etdi.
Şirkət, “MI350”-nin AI generativ cavab hesablama prosesində hazırkı “MI300” seriyası çiplərindən 35 dəfə daha yaxşı performans göstərəcəyini söylədi. Bundan əlavə, “AMD” 2026-cı ildə gələcək və “Next” adlı arxitekturaya əsaslanacaq “MI400” seriyasını təqdim etdi.
“AMD”, hər il yeni nəsil çiplər istehsal etməyi planlaşdıran “Nvidia” kimi, hər il yeni süni intellekt məhsulları buraxmaq niyyətindədir.