BİRJA

04 İyun

"Legion Financial” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

 

21 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.

Fins.az xəbər verir ki, qeyd olunan səhmlərin abunə yazılışı üsulu ilə yerləşdirilməsi 5 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında baş tutacaqdır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ1001025464

Səhmlərin növü və forması

Səhm adi, sənədsiz, adlı

Səhmlərin sayı

13,000 (ədəd)

İlkin ticarət qiyməti

100 manat

Buraxılış həcmi

1,300,000 manat

Anderrayter

“Assist Finance İ.Ş” ASC

Ticarətə buraxılma tarixi

05.06.2024

Ticarət üsulu/forması

Kütləvi/Abunə yazılışı

Fuad Mədətov
Fins.az