BİRJA

30 May

“Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə alınıb

29 may 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Express Lombard” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində şərti-listinqə daxil edilib.

Fins.az xəbər verir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışının başlanmasına ən azı 1 iş günü qalmış abunə yazılışının baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.

Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (//www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

Səhmlər üzrə məlumat aşağıdakı kimidir:

Bildirmək istərdik ki, “Express Lombard” ASC-nin Bakı Fond Birjasında “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanılması, delistinqi və ticarətinin təşkili qaydaları” nın 4.2.4.-cü, 4.2.5.-ci və 4.2.6.-ci bəndinin tələblərinə uyğun olaraq, nizamnamə kapitalı ən azı 200 000 (iki yüz min) manat olmalıdır, maliyyə hesabatları MHBS-nın tələblərinə uyğun hazırlanmalıdır. Son maliyyə ili üzrə illik maliyyə hesabatları kənar (müstəqil) auditor tərəfindən auditdən keçməlidir və mütəmadi olaraq yenilənən və onun fəaliyyətinin mühüm istiqamətlərini işıqlandıran  internet səhifəsinə malik olmalıdır.

Fuad Mədətov
Fins.az