BİRJA

13 May

Neftin qiyməti

Ötən həftə “Brent” nefti 0.2% dəyər itirib, “WTI” isə 0.2% bahalaşıb.

Birləşmiş Ştatlarda faiz dərəcələrinin daha uzun müddət yüksək qala biləcəyi ehtimalları neft qiymətlərinə təzyiq göstərib, çünki yüksək faiz dərəcələri ümumiyyətlə iqtisadi fəallığı yavaşlatır və neftə tələbi zəiflədir.

Güclənən ABŞ dolları digər valyutalardan istifadə edən alıcılar üçün dollarla ifadə olunan malları da bahalaşdırıb.

Ümumi güclü yay səyahət mövsümü yaxınlaşsa da, ABŞ-ın yanacaq ehtiyatlarının artması neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Lakin dərc olunan məlumatların Çinin aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə daha çox neft idxal etdiyini göstərməsindən sonra, qiymətlər cümə axşamı yenidən bir qədər bahalaşıb. 

Ötən həftəyə 83.40$ həddindən başlayan “Brent” nefti 85.20$-a kimi bahalaşmış, lakin burada müqavimətlə qarşılaşaraq yenidən 82.45$-a kimi ucuzlaşmışdı. Həftənin sonuna doğru ABŞ-da neft ehtiyyatlarının kəskin azalması fonunda neftin qiyməti 83.40$-a kimi bahalaşmışdı.

Cari həftə ərzində “Buğalar” qiyməti 85$-ın üzərinə yüksəldə və bu həddin üzərində saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Əksi təqdirdə, “Ayılar”ın diktəsi artar və qiyməti 80$-a kimi ucuzlaşdıra bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.