BİRJA

09 Aprel

AMB: Valyuta hərracında tələb təmin edildi - 09.04.2024

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

AMB-dən Fins.az-a verilən məlumata görə, hərracda tələb 78,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, aprelin 4-nə hərracda tələb 64,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Onu da qeyd edək ki, bayram ilə əlaqədar cari həftənin çərşənbə axşamı qeyri-iş günü olduğundan bu həftə ərzində 1 hərrac keçirilmişdir. Növbəti hərrac qrafik üzrə 16 aprel 2024-cü il tarixində təşkil ediləcəkdir.

Fuad Mədətov
Fins.az