BİRJA

03 Aprel

MFX Trading İnvestisiya Şirkəti bir neçə hesab növü təklif edir

Yatırılan depozitin həcmindən asılı olaraq MFX Trading İnvestisiya Şirkəti müxtəlif üstünlüklərə malik olan bir neçə hesab növü təklif edir.

Fins.az xəbər verir ki, MFX Trading İnvestisya Şirkəti tərəfindən yaradılan üstünlüklər növündən asılı olmayaraq bütün hesablara şamil edilir. Belə üstünlüklərə aiddir:

- ticarətin tam şəffaflığı,

- ən yaxşı qiymətlərlə millisaniyə ərzində orderlərin icrası,

- rahat və etibarlı ticarət platforması ilə təminat,

- şirkətin təcrübəli mütəxəssisləri tərəfindən daim fundamental və texniki dəstək və s.,

- ticarət ekspertlərindən istifadə imkanları.

MFX Trading İnvestisiya Şirkəti mütəxəssisləriylə məsləhətləşərək daha uyğun hesab növü seçim etmək mümkündür.

* Mini hesab treyder fəaliyyətinə yeni başlayanlar ücün real bazarda əlverişli işləmək imkanı hesab olunur.

* Standart hesab özünü real bazarda artıq sınamış və müəyyən təcrübəyə malik treyderlər üçün daha uyğun hesab növü ola bilər.

* Nəhayət Profesional hesablar peşəkar forex iştrakçıları üçün və institutsinal vahidlər üçün uyğun ticarət hesablarıdır.

MFX-Trading İnvestisiya Şirkəti fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə bütün müştəri sifarişlərini müqaviləsi olduğu likvidlik təminatçılarına ötürməklə həyata keçirir.

Hesab növündən asılı olmayaraq, İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə müştərilərinə (institusional və peşəkar investorlar istisna olmaqla) təqdim etdiyi maksimum kredit həddi aşağıdakı qaydada müəyyən edilir:

-    baza aktivi əsas valyuta cütlükləri olan fərq müqavilələri üzrə 50:1;

-   baza aktivi digər valyuta cütlükləri, qızıl və indekslər olan fərq müqavilələri üzrə 20:1;

-     baza aktivi əmtəə (qızıl istisna) və səhm olan fərq müqavilələri üzrə 10:1;

-     baza aktivi kriptovalyuta (rəqəmsal valyuta) olan fərq müqavilələri üzrə 2:1.

İnvestisiya şirkətinin fərq müqaviləsi üzrə institusional investorlara və peşəkar investorlara təqdim etdiyi maksimum kredit həddi 100:1 nisbəti ilə müəyyən edilir.

Fərq müqavilələri ilə marja ticarəti üzrə növbəti günə keçirilən ticarət mövqelərinə svop məbləğləri tətbiq edilir. Svop həddləri müvafiq ölkələrin uçot dərəcələrinin və broker əlavəsinin göstəricilərinə görə şirkət tərəfindən müəyyən edilir. Svop həddlərinin dəyişdirilməsi şirkət tərəfindən birtərəfli qaydada həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, kredit çiynilə ticarət böyük gəlir mənbəyi olduğu kimi həm də böyük zərərlərə səbəb ola bilər.

Fuad Mədətov
Fins.az