BİRJA

27 Mart

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

27 mart 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2231024707 dövlət qeydiyyat nömrəli 40 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Fins.az xəbər verir ki, hərrac zamanı 5 investor tərəfindən qiymət intervalı 99,324.0447 (8.75%) manat və 99,477.7419 (6.75%) manat olan 5 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 65,100,000 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,466.9676 (6.89%) manat və orta ölçülmüş qiyməti 99,470.5774(6.84%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 40,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 24.04.2024-cü ildir.