BİRJA

26 Mart

Bitcoin bahalaşıb

Bitcoin kriptovalyutası son 24 saatda təxminən 6 min dollar bahalaşaraq yenidən 70 min dolları keçib.

Son 9 gündə ən yüksək həddə çatan Bitcoin-də artım 7,15 faizə çatıb. Bitcoin 70 min 900 dollara çatarkən, altkoin bazarında əhəmiyyətli artımlar qeydə alınıb.

Keçən həftə Bitcoin üçün çətin vaxt idi, Bitcoin 64.000 dollar ətrafında durğunluq yaşadı və həftə sonu 66.000 dolları keçmək cəhdləri də uğursuz oldu. Bitcoin yeni həftəyə bahalaşma ilə başladı və sürətlə 70 min dollara yüksəldi.