BİRJA

26 Mart

"Binance"in varisi "CommEX" birjası bağlandığını elan edib

Sanksiyaların tətbiqindən sonra Rusiya istifadəçiləri üçün "Binance" kriptovalyuta birjasının varisi olan "CommEX birjası" bağlandığını elan edib. Martın 25-dən etibarən birja yeni istifadəçilərin qeydiyyatını və "Binance"dən aktivlərin köçürülməsini bağlayacaq. Şirkət bağlanma qərarını "mövcud vəziyyətin hərtərəfli təhlili və strateji planların nəzərdən keçirilməsi" ilə izah edir.

Fins.az xəbər verir ki, 2023-cü ilin sentyabrında sanksiya riskləri ilə əlaqədar, eləcə də Rusiyanı tərk etmək fonunda "Binance" kriptovalyuta birjası bütün Rusiya biznesini geri almaq imkanı olmadan "CommEX"-ə satmışdı. "Binance" müştəriləri öz hesablarını "CommEX" hesablarına bağlaya və rublla əməliyyatlar apara bilərdilər.