BİRJA

25 Mart

Neft bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0.60 % artaraq 1 barelə görə 85.94 ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin mayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0.66 % artaraq 81.18 ABŞ dolları təşkil edib.