BİRJA

16 Mart

İnvestisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyəsi üzrə RENKİNQİ - YANVAR-FEVRAL/2024

Bakı Fond Birjası 2024-cü ilin yanvar-fevral ayları üzrə Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcmini açıqlayıb.

Fins.az xəbər verir ki, investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcminə görə renkinq siyahısında “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC (180 306 597 AZN) ən yüksək nəticə göstərən şirkət olub.

İkinci ən yüksək nəticə “Assists Finance İnvestisiya Şirkəti” ASC (145 203 417 AZN), üçüncü ən yüksək nəticə isə "Unicapital İnvestisiya Şirkəti" ASC (73 865 056 AZN) qeydə alınıb.

Fins.az BFB-yə istinadən investisiya şirkətlərinin korporativ istiqrazlarının dövriyyələrinin həcminə görə renkinqi təqdim edir:

Fuad Mədətov
Fins.az