BİRJA

11 Mart

BFB-nin qiymətli kağızlar üzrə keçirilən əməliyyatlarında 140% böyümə olub

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-fevral ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 5,303,733,478 manat təşkil etmişdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% böyümə qeydə alınmışdır.

Fins.az xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 297%, korporativ qiymətli kağızların təkrar bazarı üzrə isə 84 % böyümə qeydə alınmışdır, repo əməliyyatları üzrə 186 % artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 13 dəfə artım qeydə alınmışdır.

               

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı      

** Tircarət günlərinin sayı –40 gün