BİRJA

05 Mart

BFB-də “Kredit Evi” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb

Bu gün Bakı Fond Birjasında “Kredit Evi” ASC-nin AZ1001021497 dövlət qeydiyyat nömrəli 400,000 (dörd yüz min) manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi yekunlaşıb.

BFB-dən Fins.az-a verilən məlumata görə, abunə yazılışı zamanı anderrayterə 2 investor tərəfindən 20 manat qiymətindən 2 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği 400,000 manat təşkil edib. Səhmlərin nominal qiymətlə yerləşdirilmiş həcmi isə 400,000 manat təşkil edib.

Yerləşdirmə üzrə anderrayter “Assist Finance İnvestisiya Şirkəti” ASC -dir.

Fuad Mədətov
Fins.az