BİRJA

04 Mart

“Brent” nefti bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin may müqaviləsinin dəyəri 0,02% artaraq 1 barelə görə 83,57 dollar təşkil edib.

Fins.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin aprel ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,1% azalaraq 79,89 dollar olub.

Günel Məlikzadə
Fins.az