BİRJA

01 Mart

“Embafinans” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında “Embafinans” QSC-nin tədavül müddəti 18 ay, nominal dəyəri 1000 manat olan AZ2012020601 dövlət qeydiyyat nömrəli, 1,500,000 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.

Fins.az xəbər verir ki, hərrac zamanı 3 investor tərəfindən 1000 manat qiyməti ilə 3 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11,5 % , faiz ödəniş dövrü isə hər 3 təqvim ayından bir təşkil edir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,500,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,500,000 manat təşkil etmişdir.

İstiqrazların ödəmə tarixi 01.09.2025-ci ildir.

Yerləşdirmə üzrə anderrayter “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

Günel Məlikzadə
Fins.az