BİRJA

01 Mart

Maliyyə Sahəsində Blockchain Texnologiyası – “AZE Bilişim Finans” MMC

“AZE Bilişim Finans” MMC, Azərbaycanda yerləşən tək kriptovalyuta birjasıdır. Blockchain texnologiyasına əsaslanan və hüquqi lisenziyaya malik olan şirkət, 2022-ci ilin 13 iyul tarixində təsis olunmuş və rəqəmsal texnologiyaların tətbiqi ilə daha rahat, təhlükəsiz bir maliyyə təcrübəsi təmin etmək məqsədilə fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, kriptovalyuta ticarəti (alqı-satqısı), likvidliyin təminatı, texniki dəstək, fərdiləşmə və təhlükəsizlik, məlumat və təhlil, müştəri xidmətləri təklif edən “AZE Bilişim Finans” MMC, yalnız Azərbaycan vətəndaşlarına xidmət göstərir və bütün əməliyyatları Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən həyata keçirir.

Blockchain texnologiyası, verilənlərin bir-birinə bağlı bloklarla təşkil edildiyi və paylanmış şəbəkədə olan rəqəmsal kitab və ya verilənlər bazasıdır. Hər bir blok, əvvəlki blokun cari əməliyyatlarını və kriptoqrafik heşlərini ehtiva edən strukturdur. Bu texnologiya mərkəzləşdirilməmiş bir quruluşa malik olduğundan etibarlılığı və təhlükəsizliyi artırır. Sözügedən şirkət də blockchain texnologiyasını istifadə edərək, müştərilərinə etibarlı və təhlükəsiz bir ticarət mühiti təmin edir.

İstifadəçilər kriptovalyuta ticarəti ilə bağlı əməliyyatları, “Aze Bilişim Finans” MMC-nin rəqəmsal məhsulu olan “Azebirja” mobil tətbiqi və ya azebirja.az saytı üzrə həyata keçirə bilər.

“Virtual aktiv xidməti təminatçısı” kodu ilə fəaliyyət göstərən şirkət, ölkənin ən iri kriptovalyuta birjalarından birinə çevrilmək üçün çalışır və beynəlxalq standartlara uyğun məhsul və xidmətlər təklif edir. İstifadəçilərdən gələn şərhləri və təklifləri müxtəlif istiqamətlərdə dəyərləndirir. Bunun üçün isə beynəlxalq təcrübə və texnologiyalardan da yararlanır.

//azebirja.az/

//www.facebook.com/profile.php?id=61552047699010mibextid=JRoKGi

//x.com/azebirja?t=Mcx2fCppZ2WuinSKbRGYUws=09

//www.linkedin.com/company/aze-bi%CC%87li%CC%87%C5%9Fi%CC%87m-fi%CC%87nans-mmc/

//www.tiktok.com/@azebirja?_t=8jQtjLkXZpg_r=1

//youtube.com/@azebirja?si=HqadQeuu9SrqoKSu

//www.instagram.com/azebirja?igsh=MTVqa21mcnV4aXplNw==

//whatsapp.com/channel/0029VaCf4RkG3R3bN6lHvh0C