BİRJA

22 Fevral

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

22 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2218024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Fins.az-a bildirilib ki, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 95044.00 (7.45%) manat və 95520.1070 (6.70%) manat olan 8 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 45,500,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 95456.281 (6.80%) manat və orta ölçülmüş qiyməti 95458.257 (6.80%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.  

Notların ödəmə tarixi 31.10.2024-cü ildir.

Fuad Mədətov
Fins.az