Qlobal inflyasiya templəri tədricən hədəfə qayıdır və qlobal iqtisadiyyat tənəzzüldən qaçaraq yumşaq eniş etmək şansına malikdir.
Fins.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) icraçı direktoru Kristalina Georgiyeva deyib.
O, bildirib ki, biz indi 2024-cü ildə yumşaq eniş etmək vəziyyətindəyik:
"Başqa sözlə, inflyasiya tənəzzülə səbəb olmadan tədricən hədəf səviyyələrə qayıdır. Bu, çox yaxşı xəbərdir. Eyni zamanda, qlobal iqtisadiyyatla bağlı proqnozlara təsir etməkdə davam edən geosiyasi amillər mövcuddur və geosiyasi gərginliklər artıq qlobal artım proqnozlarına kölgə salan bəzi parçalanmalara gətirib çıxarıb”.
Fuad Mədətov
Fins.az