2 fevral 2024-cü il tarixlərində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Nəzərinizə çatdırırıq ki, hərrac zamanı sifarişlərin toplanması saat 11:00-dan 11:30-dək təşkil olunacaq.
Fins.az xəbər verir ki, notların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
| 
			 Notun müddəti (gün)  | 
			
			 
 ISIN  | 
			
			 
 Hərrac tarixi  | 
			
			 Hərraca çıxarılan məbləğ (manat)  | 
			
			 
 Nomi nal  | 
			
			 
 Miqdar  | 
			
			 Notun ödəniş tarixi  | 
		
| 
			 7  | 
			
			 AZ2204024700  | 
			
			 02.02.2024  | 
			
			 100.000.000  | 
			
			 100.000  | 
			
			 1000  | 
			
			 09.02.2024  | 
		
Hərracda notların ilk mülkiyyətçiləri yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar ola bilər. Notların mülkiyyətçiləri notlarla alqı-satqı, girov, REPO və digər əqdləri bağlaya bilər və bu əqdlər üzrə tərəf qismində istənilən şəxs çıxış edə bilər.
Hərrac zamanı bir bank tərəfindən 1 rəqabətli sifariş təqdim edilə bilər və təqdim ediləcək rəqabətli sifarişin həcminə məhdudiyyət tətbiq olunmur.
Sifarişlər 99.849,6293 – 99.878,5227 qiymət intervalında təqdim edilə bilər.
Hərrac zamanı iştirakçıların sayı 5-dən az olduqda hərrac baş tutmamış hesab ediləcəkdir.
Bağlanmış əqdlər üzrə hesablaşmalar T+0 rejimində həyata keçiriləcəkdir.
Günel Məlikzadə
Fins.az
