BİRJA

31 Yanvar

Mərkəzi Bankın 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2202024702 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 99,420.0500 (7.50%) manat və 99,489.2883 (6.60%) manat olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 40,500,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 99,489.2883 (6.60%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 28.02.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az