BİRJA

27 Dekabr

Müsadirə edilmiş əmlakların satışı üzrə hərrac keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 24-də müsadirə edilmiş əmlakların satışı üzrə hərrac keçiriləcək. Hərraca 95 əmlak çıxarılıb. Bunların sırasında əmlak kompleksi, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, müxtəlif markalı telefonlar və nəqliyyat vasitələri var.

Fins.az xəbər verir ki, hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, növü, behin məbləği və digər məlumatlarla //clck.ru/37HsyC , //clck.ru/37Ht2d linkləri vasitəsilə tanış olmaq mümkündür. Hərracda iştirak etmək istəyən potensial alıcılar satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərracda iştirak üçün zəruri sənədləri təqdim etmək, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmək tələb olunur. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

Günel Məlikzadə
Fins.az