BİRJA

18 Dekabr

Wall Street qısamüddətli istiqrazlara çevrilir

FED-in keçən həftə verdiyi faiz qərarında üzvlərin 2024-cü il üçün median gözləntisi 75 baz bənd faiz endirimi idi. Bu gözlənti uzunmüddətli istiqrazların gəlirliliyini aşağı salsa da, qısamüddətli istiqrazların gəlirliliyinin 4 faizin üzərində qalması bu aktiv sinfini cəlbedici edib. Təxminən 4,4 faiz gəlirlilik ilə gəlir əyrisinin başında duran iki illik istiqrazlar Wall Street treyderlərinin seçim aktivinə çevrilib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Goldman Sachs Asset Management Portfolio Manager Lindsay Rosnerin sözlərinə görə, investorlar iki və beş illik istiqrazları hədəfləməlidirlər. Rosner, “Fed bizə 2024 və 2025-ci illərdə faiz dərəcələrinin hara gedəcəyi ilə bağlı gözləntilər verdi. Faiz dərəcələri aşağı düşəcək. İnvestorlar iki və beş illik bir qarışığı hədəfləməlidirlər. Bundan başqa, əyridə çox dəyər görə bilmirik" dedi.

Bu gözləntiləri dəstəkləyən başqa bir amil, ters çevrilmiş gəlir əyrisi vəziyyətinin gələn il normallaşacağına dair proqnozdur. ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi iki illik istiqrazların gəlirliliyindən təqribən 50 baza bəndiaşağıdadir.

Günel Məlikzadə
Fins.az