BİRJA

11 Dekabr

Qlobal bazarlar “böyük üçlüyə” fokuslanıb

Cümə günü ABŞ-da açıqlanan güclü qeyri-kənd təsərrüfatı məşğulluğu məlumatları bazarlarda inflyasiya narahatlıqlarını artırmaq əvəzinə tənəzzülün olmayacağına dair ümidləri dəstəkləsə də, SP 500 indeksi keçən həftə ardıcıl 6-cı həftəlik yüksəlişini qeyd etdi. Bu, indeksin 2019-cu ilin noyabrından bəri ən uzun yüksəliş zolağı olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ yeni həftənin ilk fyuçers əməliyyatlarında bir qədər mənfidir. Keçən həftəni  0,4% azalma ilə tamamlayan MSCI Asia Pacific Index, enişini davam etdirdi.

Çində açıqlanan zəif CPI və PPI məlumatlarından sonra Çin CSI 300 və Hong Kong Hang Seng ucuzlaşdı. Yaponiyanın Nikkei 225 indeksi müsbət istiqamətdə dəyişdi.

Bloomberg Dollar İndeksi bütün son həftədə 0.6 faiz artdıqdan sonra yeni ticarət günündə bir qədər yüksəldi. Ötən həftəni 3 bənd artımla tamamlayan ABŞ 10 illik istiqraz faizi həftəyə 4,24% ilə başlayıb.

Günel Məlikzadə
Fins.az