BİRJA

08 Dekabr

Yapon yeni yüksəlişini davam etdirir

Yaponiya Mərkəzi Bankının faiz dərəcələrini erkən qaldıra biləcəyi gözləntiləri ilə Yapon yenindəki ralli ikinci gündür davam edir.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-York əməliyyatlarında dollar qarşısında 4%-ə qədər dəyər qazanan yen səhər saatlarında gündəlik 1,1% artımla alınıb.

Hərəkət möhtəkirlərin yenaya qarşı pessimist mövqelərini bağlamasından təsirləndi.

ABŞ-da aşağı məşğulluq məlumatlarının daha çox dollar satışına səbəb ola biləcəyini ifadə edən Daiwa Securities Baş Valyuta Strateqi Yukio İşizukiyə görə, dollar/yen məzənnəsində 141 səviyyəsi üfüqdədir.

Yaponiya Bankının Başçısı Kazuo Ueda parlamentarilərə işlərinin ilin sonunda daha çətin olacağını söylədi və bankın mənfi faiz dərəcələrindən gözləniləndən tez çıxa biləcəyi ilə bağlı proqnozları gücləndirdi.

Bank faiz qərarını dekabrın 19-da açıqlayacaq.

Günel Məlikzadə
Fins.az