BİRJA

07 Dekabr

Əmtəələrdə kəskin azalma

Neft və təbii qazda tədarüklə bağlı qiymət enişləri Bloomberg-in əmtəə indeksində yeni aşağı səviyyələrə gətirib çıxardı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Bloomberg Əmtəə Spot İndeksi dünən 2 faiz azalaraq, sonuncu dəfə 2021-ci ilin avqustunda görülən alt səviyyəyə çatdı. Bu il indeksin itkisi 12 faizə çatıb.

Enişin əsas səbəbi neftin qiymətidir. ABŞ xam nefti qlobal təkliflə bağlı narahatlıqlar səbəbindən 70 dollardan aşağı düşüb. Dünən Brent nefti 75 dollardan aşağı düşərək iyun ayından bəri ən aşağı səviyyəyə düşüb.

OPEC+ ölkələrinin tədarük ixtisarını davam etdirmək qərarına baxmayaraq, qiymət enişləri baş verir. OPEC+ razılaşmasından sonra bu gündəmlə Rusiya prezidenti Vladimir Putin nadir xarici səfərlərindən birini Səudiyyə Ərəbistanına etdi və neft tədarükünü ən çox kəsən ölkənin lideri Şahzadə Məhəmməd Bin Salmanla görüşüb. Görüşdə OPEC+ əməkdaşlığı da müzakirə olunub.

Günel Məlikzadə
Fins.az