BİRJA

07 Dekabr

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

12 dekabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

BFB-dan Fins.az-a verilən məlumata görə, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

  • Dövlət istiqrazının növü
  • Kuponlu, ortamüddətli dövlət istiqrazları
  • Qiymətli kağızın ISIN kodu
  • AZ0201040315
  • Emissiya həcmi
  • 100 000 000 manat
  • Nominal dəyəri
  • 100 manat
  • İstiqrazların tədavül müddəti
  • 1092 gün
  • Faiz ödənişləri (olduqda)
  • 11 iyun 2024-cü il,  10 dekabr 2024-cü il
  • 10 iyun 2025-ci il,  09 dekabr 2025-ci il
  • 09 iyun 2026-cı il, 08 dekabr 2026-cı il
  • Faiz gəliri
  • 6%
  • Ödəmə tarixi
  •  08.12.2026
  • Anderrayter
  •   “PAŞA Kapital İŞ” QSC
 
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Günel Məlikzadə
Fins.az