BİRJA

09 Dekabr

Avrozonada investorların inamı artıb

Bazar araşdırması aparan və baş ofisi Frankfurtda olan Sentix, dekabr ayı üçün Avro Bölgəsi Baş İnvestor Güvən İndeksi məlumatlarını açıqladı.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, noyabr ayında mənfi 18,6 olan Avro Bölgəsi Ümumi İnvestor Güvən İndeksi bu ay 1,8 bənd artaraq mənfi 16,8-ə yüksəlib. Beləliklə, indeks ardıcıl üçüncü aydır ki, yüksəliş trendini davam etdirir. May ayından bəri ən yüksək səviyyəyə çatan indeksin mənfi 16,4 səviyyəsinə yüksələcəyi gözlənilirdi.

İnvestorların gələcək 6 ay üçün gözləntilərini ölçən Gözləntilər İndeksi də mənfi 10-dan mənfi 9,8-ə yüksələrək 2023-cü ilin fevralından bu yana ən yüksək səviyyəyə çatıb.

Cari Vəziyyət İndeksi də mənfi 26,8-dən mənfi 23,5-ə yüksəlib.

Günel Məlikzadə
​Fins.az