BİRJA

02 Dekabr

Solana Coinin gələcəyi necə görünür?

Solana sikkəsinin gələcəyi kriptovalyuta dünyasının sakinlərinin ən çox maraqlandığı mövzulardan biridir. FTX kriptovalyuta birjasının çökməsi hadisələrindən təsirləndikdən sonra 2023-cü ildə böyük yüksəliş yaşayan SOL sikkəsinin taleyi maraq doğurur.

Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabr ayında 22 dollardan başlayan SOL  oktyabrın son həftəsində əhəmiyyətli bir artım yaşadı və 43 dollara yüksəldi. Noyabr ayında yüksəlişini davam etdirən kriptovalyuta Solana sikkəsinin gələcəyi ilə bağlı yüksəliş gözləntilərini doğrultdu. CoinGecko məlumatlarına görə, SOL son 30 gündə 77,9 faiz artaraq 57,13 dollardan ticarət edir.

PricePredictions tərəfindən edilən proqnozlara görə, Solana hazırda ayı tendensiyası yaşayır. Bununla belə, proqnozlaşdırma platforması Solana sikkəsinin gələcəyi üçün yüksəliş trendini proqnozlaşdırır. Platforma Solana sikkəsinin dekabrın 2-dək 57,47 dollara yüksələcəyini proqnozlaşdırır.

Keçən ay SOL-un qiyməti 2022-ci ilin may ayından bu yana çatmayan səviyyələrə çatdı ki, bu da kriptovalyuta investorlarını sevindirir. FTX böhranından qazanc əldə edən Solananın 2023-cü ilin dekabrında bazar dəyərində davamlı artım gözləntisinin olduğu bildirilir. Bu gözləntinin Solana şəbəkəsindəki son inkişaflar və fəaliyyətlərlə uyğunlaşdığı bildirilir.

Günel Məlikzadə
Fins.az