BİRJA

23 Noyabr

Artan istiqraz gəlirləri qlobal bazarların gündəmindədir

 

Çərşənbə günü istiqraz gəlirləri ABŞ-da istehlakçıların inflyasiya gözləntilərinin artmasının ardından yüksəldi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Miçiqan Universitetinin araşdırmasına görə,  Amerika istehlakçıları gələn il üçün inflyasiya gözləntilərini 4,4 faizdən 4,5 faizə yüksəldiblər. Məlumatlardan sonra istiqraz satışları nəticəsində ABŞ iki və beş illik istiqraz faizləri hər biri üç bənd artdı.

Yaponiya və ABŞ-da bayram günləri ilə əlaqədar ABŞ istiqrazları bu gün alqı-satqıya alınmayacaq.

Tətildən əvvəl SP 500 çərşənbə günü 0,4 faiz bahalaşıb. İndeksin noyabr ayı rallisi 8 faizə çatıb. Asiya indeksləri bu artımı izləyə bilməyib.

Hong Kong Hang Seng 0,4 faiz ucuzlaşıb. Yapon indeksləri bayramla əlaqədar olaraq ticarət edilmir. Bloomberg Dollar İndeksi 0,1 faiz azalaraq 1242 bənd təşkil edir.

Günel Məlikzadə
Fins.az