Noyabrın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0.47% – 34,991.21 bəndədək, SP 500 indeksi 0.16% – 4,502.88 bəndədək, Nasdaq indeksi isə 0.07% – 14,103.84 bəndədək artıb.
Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında noyabrın 15-də Fransanın FTSE 100 indeksi 0.62% – 7,486.91 bəndədək, CAC-40 indeksi 0.33% – 7,209.61 bəndədək, Almaniyanın DAX indeksi isə 0.86% – 15,748.17 bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.08% azalaraq 1.0839 dollar təşkil edib.
Günel Məlikzadə
Fins.az