Qlobal fond bazarları ABŞ-da açıqlanan zəif inflyasiya məlumatlarının təsiri altında yüksəlişini davam etdirir.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Wall Street indeksləri çərşənbə axşamı təxminən 2 faiz dəyər qazandıqdan sonra, fyuçerslər yeni ticarət günündə müsbət olaraq qalır. MSCI Asia Pacific Index ardıcıl üçüncü gün yüksəlişini davam etdirərkən; Honq-Konq, Yaponiya və Cənubi Koreya fond indeksləri 2 faizdən çox artıb.
Çərşənbə axşamı günü 20 baza bəndi azalaraq 4,8360 faizlə bağlanan ABŞ-ın 2 illik istiqraz faizi bu səhər zəif olaraq qalır. ABŞ-ın 10 illik istiqrazlarının faizi də dünən 19 əsas bənd düşərək 4,4473 faizlə bağlandıqdan sonra bu səhər də bir qədər azalıb.
Çərşənbə axşamı günü 1,23 faiz azalaraq 1,249-a düşən Bloomberg Dollar İndeksi də üfüqi olaraq qalır.
Günel Məlikzadə
Fins.az