Polşa, Yaponiyanın son on ildə istiqraz bazarında ilk əməliyyatı olacaq Samuray istiqrazları buraxmağa hazırlaşarkən, inkişaf etməkdə olan ölkələr arasında pul yığma yarışına qoşulan sonuncu ölkələrdən biri oldu.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Mizuho Securities Co-ya görən Polşa cümə axşamı günü qiymətlənə biləcək yeddi tranşlı yen istiqrazlarının satışını nəzərdən keçirir.
Polşa 2013-cü ildə yen istiqrazları buraxıb.
Kolumbiyadan Bolqarıstana qədər inkişaf etməkdə olan ölkələr bir neçə gün ərzində 20 milyard dollara yaxın istiqraz buraxaraq qlobal istiqraz bazarlarına qayıtdılar.
FED aqressiv faiz artımlarına son qoymağa yaxın ola biləcəyinə işarə etdiyi üçün bu ölkələr əlverişli bazar şəraitindən faydalanır.
Yaponiyada Misir və İndoneziya kimi ölkələr mərkəzi bankın mənfi faiz siyasətini dayandıracağına dair gözləntilərin artması ilə daha ucuz borclanma xərcləri əldə etməyə tələsir.
Bu ilin əvvəlində Rumıniya və Sloveniya Samuray istiqrazlarının ilk buraxılışı ilə bağlı planlarını açıqlayıblar.
Günel Məlikzadə
Fins.az