İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən noyabrın 7-də keçirilən hərracda 4 nəqliyyat vasitəsi satılıb.Hərrac rəqabətli keçib.
ƏMDX-dan Fins.az-a verilən məlumata görə, “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2.000 manat olsa da, son təklif 4.000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2.000 manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3.150 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/36SjYG linki vasitəsilə tanış olmaq olar.
Cari ay üzrə növbəti hərraclar noyabrın 14-ü, 17-si, 21-i və 28-də keçiriləcək. Bu tarixlərdə keçiriləcək hərraclara 116 nəqliyyat vasitəsi çıxarılıb.
Günel Məlikzadə
Fins.az