14 noyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.
Qurumdan Fins.az-a verilən məlumata görə, istiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:
Dövlət istiqrazının növü |
Kuponlu, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu |
AZ0201040281 |
Emissiya həcmi |
90 000 000 manat |
Nominal dəyəri |
100 manat |
İstiqrazların tədavül müddəti |
728 gün |
Faiz ödənişləri (olduqda) |
14 may 2024-cü il,12 noyabr 2024-cü il 13 may 2025-ci il, 11 noyabr 2025-ci il |
Faiz gəliri |
6% |
Ödəmə tarixi |
11.11.2025 |
Anderrayter |
“PAŞA Kapital İŞ” QSC |
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Tel: (99412) 4989820; email: [email protected] ; //www.bfb.az;
Ünvan: Həsən bəy Zərdabi küçəsi 2A, Bakı, Azərbaycan, AZ 1141
Günel Məlikzadə
Fins.az