Çin və Hindistan da daxil olmaqla böyük iqtisadiyyatların xidmət satınalma menecerləri indeksi məlumatları gün ərzində açıqlanacaq.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, SP Global-ın sorğusuna əsasən, Honq-Konqun özəl sektorunun fəaliyyəti oktyabr ayında materik Çin də daxil olmaqla yeni biznesin azalması davam etdiyi üçün daha da daralıb.
Açılışda Honq Konqun Hang Seng indeksi 1,26%, Çinin CSI 300 indeksi isə 0,3% artıb.
Cənubi Koreyanın Kospi indeksi 1 faiz, Kosdaq isə 0,66 faiz artıb. Avstraliyada SP/ASX 200 təxminən 1,18 faiz bahalaşıb.
Yaponiya bazarları isə bayram münasibətilə bağlanıb.
Günel Məlikzadə
Fins.az