Fed iqtisadi artım əlamətləri fonunda bir daha faiz dərəcələrini sabit saxlayıb, əmək bazarı şərtləri və inflyasiya isə mərkəzi bankın hədəfindən yüksək olaraq qalıb. Qərarda həmçinin FED-in iqtisadiyyatın ümumi qiymətləndirməsinin yüksəldilməsi də yer alıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Cənubi Koreyadan alınan məlumatlar, istehlak qiymətlərinin oktyabr ayında ardıcıl üçüncü ay sürətləndiyini, CPI-nin hər il 3,8 faiz artdığını göstərib. İqtisadçılar 3,6 faiz artım gözləyirdilər.
Rəsmi məlumatlara görə, Avstraliyanın sentyabr ayı mal ticarəti profisiti 32 ayın ən aşağı səviyyəsinə enib.
Yaponiyanın Nikkei 225 indeksi 1,15 faiz dəyər qazanıb. Topix 0,76 faiz artaraq üç həftənin ən yüksək səviyyəsinə çatıb.
Cənubi Koreyada Kospi 1,99 faiz, Kosdaq isə 3,65 faiz dəyər qazanıb.
Açılışda Honq Konqun Hang Seng indeksi 1,43 faiz artarkən, Çinin CSI 300 indeksi 0,4 faizlə açılıb.
Avstraliyada SP/ASX 200 1,20 faiz artaraq təxminən iki həftənin ən yüksək səviyyəsinə yaxınlaşıb.
Günel Məlikzadə
Fins.az