Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040109 ISIN-li, 55 mln. manat həcmində, 1092 gün (903 qalıq gün) olan tədavül müddətli Kuponlu, Dövlət Ortamüddətli İstiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
Fins.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 92,6831 (9.933%) manat və 98,7517 (7.5235%) manat olan 28 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95,7947 (8.6739%) manat, orta ölçülüb qiyməti 97,2252 (8.112%) manat müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 110,224,300 manat, yerləşdirib həcmi isə 82,500,000 manat təşkil edilib.
İstiqrazların ödəmə tarixi 21 aprel 2026-cı il.
Hərrac iştirakçıları 1 noyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Tel: (99412) 4989820; email: [email protected] ; //www.bfb.az;
Ünvan: Həsən bəy Zərdabi küçəsi 2A, Bakı, Azərbaycan, AZ 1141