BİRJA

31 Oktyabr

Qlobal bazarlarda müharibə narahatlığı davam edir

İsrail-Həmas münaqişəsinin bölgəyə yayılma riskinin artması ehtiyatların azalmasına, neftin isə yüksəlməsinə səbəb olub.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, dünən sürətli canlanma ilə bağlayan ABŞ Fond Birjasında fyuçerslər ucuzlaşıb. Fyuçers bazarında SP 500 0,3 faiz, Nasdaq 100 isə 0,4 faiz ucuzlaşıb. Asiya Sakit Okean regionunda Çindən gələn zəif PMI məlumatları indeksləri aşağı salıb.

Çində bu səhər açıqlanan rəsmi PMI məlumatları istehsal sektorunda 49,5 ilə bir daralma olduğunu göstərib. Gözlənti 50.2 idi. Yapon indeksləri BOJ qərarına müsbət reaksiya verib. Topix yüksəliş yaşayıb.

BOJ qərarından sonra dolların yen qarşısında möhkəmlənməsi Bloomberg Dollar İndeksini yüksəldib. İndeks bu səhər 0,2 faiz artımla 1,273 səviyyəsində olub.

Dünən Yaxın Şərqdə münaqişənin məhdudlaşdırılacağı gözləntiləri ilə kəskin şəkildə 3,35 faiz ucuzlaşan Brent nefti, Netanyahunun atəşkəsi rədd etməsindən sonra bu səhər 0,4 faiz artımla 87,8 dollardan alınıb. Spot qızıl isə  0,2% itki ilə 2000 dolların bir qədər altında alıcı tapıb.

Günel Məlikzadə
Fins.az