BİRJA

31 Oktyabr

BFB-nın Müşahidə Şurasının sədri Borsa İstanbulda işgüzar səfərdə olub

Borsa İstanbulun dəvəti ilə “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri cənab Fərid Axundov 26-27 oktyabr 2023-cü il tarixlərində İstanbulda işgüzar səfərdə olub.

Fins.az xəbər verir ki, səfər zamanı cənab Fərid Axundov Borsa İstanbul, MKK (Türkiye Sermaye Piyasaları – Merkezi Saklama ve Veri Depolama Kuruluşu) və Takas İstanbul (İstanbul Takas ve Saklama Bankası A.Ş.) ilə rəsmi görüşlər keçirib. Görüş zamanı həm Borsa İstanbul, həm də digər qurumlarla “Bakı Fond Birjası” QSC arasında olan mövcud səmərəli əməkdaşlığın daha yüksək mərhələyə çatdırılması barədə ümumi razılıq əldə edilib.

”Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri, cənab Axundov Borsa İstanbulun 150 illik yubileyinə həsr olunan, “Azərpoçt” MMC tərəfindən xüsusi buraxılışla çap edilmiş poçt markasını həmin qurumun rəhbərliyinə təqdim edib.