26 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2179024701 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçilib.
Fins.az xəbər verir ki, hərracı zamanı 8 investor tərəfindən qiymət intervalı 9,454.0298 (8.25%) manat və 9,457.7852 (8.19%) manat olan 8 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 41,210,000 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,455.2812 (8.23%) manat, orta ölçülmüş qiyməti isə 9,456.3771 (8.21%) manat olaraq müəyyən edilmişdir.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil etmişdir.
Notların ödəmə tarixi 04.07.2024-cü ildir.
Məhəbbət Məmmədov
Fins.az