BİRJA

26 Oktyabr

Bakı Fond Birjasında “Emitent Günü” tədbiri baş tutub

Bu gün Bakı Fond Birjasınını təşkilatçılığı ilə sayca 3-cü olan “Emitent Günü” tədbiri baş tutub. “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “AzFinance İnvestisiya Şirkəti” QSC iştirak etdiyii görüşdə emitent olaraq “Finca Azərbaycan” QBKT MMC çıxış edib. Tədbir zamanı Azərbaycanda mütəşəkkil kapital bazarının aktiv iştirakçısı olan “Finca Azərbaycan” QBKT MMC bazar barədə öz təcrübəsini görüş iştirakçıları ilə bölüşüb. Görüş təqdimatçıları da öz növbələrində alternativ maliyyələşmə mənbəyi olan mütəşəkkil kapital bazarlarının imkanları barəsində görüş iştirakçılarını məlumatlandırıb.

Fins.az xəbər verir ki, tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaqdır. Tədbirdə dinləyici qismində Bakı Fond Birjasının listinqində qiymətli kağızları olan şirkətlər, potensial emitentlər: banklar, bank olmayan kredit təşkilatları, sığorta şirkətləri və digər sahələrdən olan şirkətlər iştirak edib. Tədbir kütləvi informasiya vasitələrinə açıq şəkildə həyata keçirilib.

Tədbir birjanın inzibati binasında təşkil olunub.

Günel Məlikzadə
Fins.az