Bu gün Bakı Fond Birjasında “GL” ASC-nin tədavül müddəti 5 il (1 il-360 gün) təqvim günü, nominal dəyəri 1,000 manat olan AZ2012020288 dövlət qeydiyyat nömrəli, 1,300,000 (bir milyon üç yüz min) manat həcmində olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Fins.az xəbər verir ki, hərrac zamanı 20 investor tərəfindən 20 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 13%, faiz ödəniş dövrü isə hər ayda (1 ay -30 gün) bir dəfə təşkil edir.
Hərrac qiyməti 1,000 manat olan sifarişlərin nominal qiymətlə ümumi məbləği 1,156,000 manat təşkil etmişdir. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 1,156,000 manat təşkil edib.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.