BİRJA

25 Oktyabr

Mərkəzi Bankın 168 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2178024702 dövlət qeydiyyat nömrəli 20 milyon manat həcmində 168 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az xəbər verir ki, hərracı zamanı 6 investor tərəfindən qiymət intervalı 9,626.2450 (8.32%) manat və 9637.9349 (8.05%) olan 6 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 33,190,000 manat olub.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 9,633.6020 (8.15%) manat və orta ölçülmüş qiyməti isə 9,636.1018 (8.09%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 20,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 10.04.2024-cü ildir.

Günel Məlikzadə
Fins.az