BİRJA

20 Oktyabr

Qızıl son 13 həftənin ən yüksək səviyyəsinə çatıb

Qızıl qiymətləri bu həftə  2,4% artaraq art arda ikinci həftə də yüksəlişini davam etdirib.

Fins.az xəbər verir ki, Spot bazarlarda qızılın qiymətləri həftənin son ticarət günündə iyulun 20-dən bəri ən yüksək gün içi səviyyəsinə çatıb. Qızıl qiymətləri 1,982 dolları sınaqdan keçirib.

İsrailin sərhəddə əsgər toplaması və Qəzzaya qarşı quru əməliyyatına başlama ehtimalı bazarlarda təhlükəsiz sığınacaq tələbini artırıb. Münaqişənin digər ölkələrə yayılacağı və hətta ABŞ-ı da cəlb edə biləcəyi ilə bağlı narahatlıqlar var.

Kotak Securities Ltd. Əmtəə Araşdırmaları Mütəxəssisi Ravindra Rao qeyd edib ki, “Yaxın Şərqdə sülh danışıqları azaldıqca və münaqişənin gərginləşməsi ehtimalı artdıqca qızıl qiymətlərinin artacağını gözləyirik”.

Günel Məlikzadə
Fins.az